mobil versiya

Siyavuş Novruzov vətəndaşların bayrağı düzgün asmamasından narahatdır




“Aprel döyüşləri Azərbaycanın qələbəsinin ilk qaranquşudur. Vətən müharibəsində qələbə çalan Ordumuz ərazi bütövlüyümüzü bərpa edib”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Azərbaycan xalqı birlik nümayiş etdirdi:

“Xalqımız müharibə dövründə bayraqlarımızı evlərində, maşınlarında gəzdirdi. Bizdə “Dövlət atributları haqqında” qanun var. Bəzən dövlət bayrağı eyvandan asılır və onun yanında digər şeylər də olur. Hesab edirəm ki, biz bayraqdan qanunda nəzərdə tutulmuş qaydada istifadə etməliyik”.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 2-04-2021, 11:24