Arif Quliyev COVID-19-a yoluxub, süni tənəffüs aparatına qoşulub
Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub, vəziyyəti ağırdır.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
Bildirilib ki, Xalq artisti bir neçə gün əvvəl “Yeni klinika”ya yerləşdirilib: “Səkkiz gündür ki, virusa youxub. Bu gün vəziyyəti çox pis olduğuna görə, süni tənəffüs aparatına qoşulub. Vəziyyəti olduqca kritikdir. Həkimlər əllərindən gələni edirlər”.
“Yeni klinika”dan “Report”a bildirilib ki, A.Quliyev hazırda reanimasiya şöbəsindədir.
SON XƏBƏR / KARUSEL
Tarix: 26-04-2021, 10:22