mobil versiya

Bakıda polisin qadını qətlə yetirməsi ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB



Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb:

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

***14:53

Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.

REPORTYOR.AZ xəbər verir ki, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib.

Daha sonra həmin silahla özünü güllələyərək intihara cəhd edib.

Bildirilib ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

SON XƏBƏR / KARUSEL
Tarix: 20-05-2021, 15:49