Yerevanda atışma olub, xəsarət alan var
Ermənistanın paytaxtı Yerevanda atışma olub.
Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı 27 yaşlı Ovsep D. ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları atəşin açıldığı BMW 320i markalı avtomobili və qan izlərinin aşkarlayıblar.
Faktla bağlı cinayət işi açılıb.
SON XƏBƏR / DÜNYA
Tarix: 26-05-2021, 12:30