mobil versiya

Bakıda koronavirusa yoluxma ən çox bu rayonun payına düşür - SİYAHI




Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

REPORTYOR.AZ "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.0 faiz. Paytaxtda isə ən yüksək yoluxma Binəqədi rayonundadır. Burada yoluxma 14.6 faiz qeydə alınıb.

Yoluxma nisbətinə görə ikinci yerdə 13.6 faizlə Xətai rayonudur. Digər yerlərdə yoluxma üzrə vəziyyət belədir:

Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.6 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz yoluxma.

Qeyd edək ki, Abşeronda yoluxma 13.4 faiz təşkil edib.

Bölgələrə gəlincə, Aranda yoluxma 12.2 faiz qeydə alınıb. Eyni zamanda, yoluxma Gəncə-Qazaxda 7.1 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.3 faiz, Yuxarı Qarabağda 1.5 faizdir.

Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 19-10-2021, 17:00