Mahir Emreli ona hücum edənlərdən danışdı: Maskada idilər... - VİDEO
"Son insidentlə bağlı deyə bilərəm ki, azarkeşin qəzəblənməyi normal bir haldır. Əvvəllər də "Legiya"da belə hallar olmuşdu. Səhv etmirəmsə, onların xuliqanları, ultrası idi".
REPORTYOR.AZ xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında "Legiya"nın hücumçusu Mahir Emreli bildirib:
"Maskada idilər deyə çox da maraqlanmadıq. Belə bir şeyin olacağını gözləyirdik. Gecə vaxtı idi və mən arxa sırada oturmuşdum. Tam olaraq nə baş verdiyini görmürdüm. Bu şəkildə olmasa da, azarkeşlərin qəzəblənməyi normaldır".
SON XƏBƏR / KARUSEL
Tarix: 28-12-2021, 10:35