Nursultan Nazarbayev vəzifəsindən kənarlaşdırılıb
Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.
REPORTYOR.AZ xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.
“Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, - o bildirib.
Prezident heç bir halda paytaxt Nur-Sultanı tərk etməyəcəyini vurğulayıb.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 5-01-2022, 17:36