MTRŞ 6 teleradio yayımçısına lisenziya verib - SİYAHI
Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2019-cu ildə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın qüvvəyə mindiyi gündən etibarən qüvvədə olan lisenziyaların müddətsiz hesab edilməsi ilə bağlı teleradio yayımçılarına verilmiş qüvvədə olan lisenziyaların yenidən rəsmiləşdirilməsi və onlara müddətsiz lisenziyalar verilməsi sahəsində müvafiq işlər həyata keçirilib.
Bu barədə REPORTYOR.AZ-a MTRŞ-dən məlumat daxil olub.
Məlumata görə, cari ildə Şura tərəfindən 6 teleradio yayımçısına (1 ümumrespublika televiziya yayımçısı, 1 kabel şəbəkəsi yayımçısı, 4 İP TV operatoru) lisenziya verilmişdir.
Şuranın 28 fevral 2019-cu il tarixli Qərarına əsasən, “MediaArt” şirkətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilmişdir.
Şuranın 23 aprel 2019-cu il tarixli Qərarına əsasən “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müddətsiz lisenziya verilmişdir.
Şuranın 28 iyun 2019-cu il tarixli qərarına əsasən “Selnet” MMC, “Megalink” MMC və “Bulud Store” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilmişdir.
Şuranın 04 dekabr 2019-cu il tarixli Qərarına əsasən, “Port Castle” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilmişdir.
Həmçinin, Şuranın 05 noyabr 2019-cu il tarixli Qərarına əsasən, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilmişdir. Müsabiqədə iştirak etmək üçün 5 (beş) iddiaçı sənədlərini Şuraya təqdim etmişdir.
SON XƏBƏR / ÖLKƏ
Tarix: 30-12-2019, 16:00