mobil versiya

Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələndi




Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə  baxmayaraq, bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. 


Daxili İşlər Nazirliyindən (DİN) REPORTYOR.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. 

Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər. 

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli  bilinərək inzibati  qaydada  həbs edilib. Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / HADİSƏ
Tarix: 1-04-2020, 16:36