İsraildə koronavirusa yoluxanların sayı 14 882 nəfərə yüksəlib
İsraildə yeni növ koronavirusa (COVID-19) 79 yoluxma qeydə alınıb, 1 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsraildə koronavirusa yoluxanların sayı 14 882 nəfərə çatıb.
Qeyd olunub ki, ölkədə indiyə kimi xəstəlikdən 5685 nəfər sağalıb, 193 isə nəfər vəfat edib.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 24-04-2020, 10:48