mobil versiya

Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü - FOTO




Sumqayıt şəhərində hər iki sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

REPORTYOR.AZ FHN-ə istinadən xəbər verir ki, mayın 30-u gecə saatlarında Sumqayıt şəhərində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 30-05-2020, 12:00