mobil versiya

Bəhram Bağırzadənin ağciyərlərinin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır



“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır, tənəffüsü süni ventilyasiya aparatı vasitəsilə tənzimlənir”.

Bunu REPORTYOR-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B.Bağırzadənin huşu aydındır:

“Bədən hərarəti norma çərçivəsindədir. Aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma gedir. Hazırda ilk plana ikincili bakterial infeksiya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişikliklər aparılıb”.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 6-07-2020, 11:35