Bakı Slavyan Universitetinin dosenti koronavirusdan ölüb
Bakı Slavyan Universitetinin dosenti koronavirusdan ölüb.
REPORTYOR-un xəbərinə görə, bu barədə məlumatı Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova özünün "facebook" səhifəsində yazıb.
Prorektor bildirib ki, universitetin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova virus səbəbindən vəfat edib: “Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-işin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-07-2020, 10:00