mobil versiya

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi



Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

REPORTYOR Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-07-2020, 10:42