mobil versiya

Sentyabrda məktəblər açılacaq? - Operativ Qərargahdan AÇIQLAMA




"Təhsil müəssisələrinin açılması məsələsi araşdırılır və öyrənilir".

REPORTYOR.AZ-ın  məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, digər ölkələrin təcrübələrinə müraciət edilir: “Çox sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən forumlarda valideynlərin, ekspertlərin iştirakı ilə bu məsələ müzakirə edilir. Yekdil qərar barədə danışmaq hələ çox tezdir. Burada peşə məktəbləri, orta məktəblər, ali təhsil müəssisələri ilə bağlı qaydalar tətbiq olunmalıdır. Digər ölkələrdə də bu məsələ ciddi müzakirə edilir. Hətta bəzi ölkələrdə məktəblərin bir qədər gec açılması məsələsi də müzakirə olunur”.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-08-2020, 11:23