mobil versiya

Qərargah: Karantin rejimindən çıxma ilə bağlı muzakirələr aparılır




"Yoluxmanın sayının nisbətən azalması tendensiyanın müsbət istiqamətə tərəf getməsinə işarədir. Amma virusa qalib gəlməmişik. Bu, qeyri-müəyyənlikdə qalır".


APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O bildirib ki, karantin rejimindən çıxma ilə bağlı muzakirələr aparılır: "Hansı mərhələdə iqtisadi aktivlik başlayacaq, universitetlər, məktəblər açılacaq, bu, müzakirə olunmaqdadır. Hətta karantin bitəndən sonra necə yaşamaq məsələsi də müzakirə olunur. Zamanı gələndə cavab veriləcək. Bu gün təhsil, tədris nə vaxt bərpa olunacaq barədə demək tezdir". 

MANŞET / MARAQLI / SON XƏBƏR / BANNER / GÜNDƏM
Tarix: 15-04-2020, 17:44