Bakı sakinlərinin illərdir gözlədiyi metrostansiya hazırdı - Açılış vaxtı bilindi
"Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq.
REPORTYOR.AZ xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir.
Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib:
"Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-12-2019, 13:18