SON DƏQİQƏ:Operativ Qərargah məlumat yaydı-TƏCİLİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan REPORTYOR.AZ -a verilən məlumata görə bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.
Qeyd edək ki, ötən gün 103 yeni yoluxma faktı qeydə alınmış, 221 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmişdi.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 15-08-2020, 19:22