Baş Nazir həkimlərin maaşı ilə bağlı qərar verdi
Baş Nazir Əli Əsədov "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar verib.
REPORTYOR.AZ xəbər verir ki, qərarda qeyd olunur ki, "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 202 nömrəli Qərarı) 2-ci hissəsində "iyulun 1-dək” sözləri "oktyabrın 1-dək” sözləri ilə əvəz edilsin.
SON XƏBƏR / KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 19-08-2020, 17:26