Operativ Qərargah rəsmisi Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı sualı cavablandırdı
"Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir və bu qərar dövlət, baş nazir tərəfindən verilir".
REPORTYOR.AZ xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O əlavə edib ki, hər bir şəxsin istər həkim, istərsə də adi vətəndaşların karantin qaydalarına riayət etməsi lazımdır: "Mən buna sadəcə bir həkim olaraq öz fikrimi bildirə bilərəm. Başqa tərəfdən bu proseslərin qiymətləndirilməsi adiyyatı orqanlar tərəfindən aparılır".
Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Mərasim Novxanıda bağ evində baş tutub.
Görüntülərdə Ramiz Mehdiyev də yer alıb.
Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 21-08-2020, 18:04