mobil versiya

Müdafiə Nazirliyi: Ermənistanın kəşfiyyat qrupunun komandiri əsir götürüldü



Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

“Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunur.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 23-08-2020, 21:35