Ümumi təhsilin məzmununa dair ümumi tələblər müəyyənləşib
Ümumi təhsilin məzmununa dair ümumi tələblər müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda əksini tapıb.
Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:
- fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının nəzərə alınması;
- təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin fəal və təşəbbüskar üzvü kimi formalaşdırılmasının təmin olunması;
- təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş səriştələrə yiyələn- məsinin prioritet hesab edilməsi;
- ümumi təhsil pilləsində formalaşdırılmış səriştələrin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin edilməsi;
- potensialın reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaradılması.
- Ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır.
- Ümumi təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri mənəvi dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 30-09-2020, 18:48