mobil versiya

SON DƏQİQƏ: Laçın dəhlizi bağlandı




İşğal edilən Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi bağlanıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb. İnformasiya qondarma rejim tərəfindən verilib.

Göründüyü kimi, keçmiş Dağlıq Qarabağın xaricində olan və 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Laçın bölgəsinin bir hissəsi olan Laçın dəhlizi, erməni əhalisinin Qarabağdan Ermənistana kütləvi qaçışı səbəbindən bağlanıb.

Bir gün əvvəl separatçıların “lideri” Arayik Arutyunyan məmurların Qarabağdan Ermənistana kütləvi şəkildə köçməsi anonsunu verib.

İkinci Qarabağ müharibəsinin əvvəllərində Ermənistan Qarabağdan işğal altındakı Kəlbəcər bölgəsindən keçən ikinci yolu da bağlayıb. (Day.az)

SON XƏBƏR / GÜNDƏM
Tarix: 4-11-2020, 17:13