Biləsuvarda 30 yaşlı kişi intihar edib
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Davud Hakim oğlu Rüstəmov yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 12-12-2020, 17:30