“Rəmişdən nə istəyirlər, axı?” – Həyat yoldaşından ETİRAZ
Uzun müddətdir səhhətində problem yaranan Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) ötən gecə dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılıb.
Yayılan xəbərlərlə bağlı Sfera.az Rəmişin həyat yoldaşı Gülü Hüseynova ilə əlaqə saxlayıb.
Gülü xanım saytımıza xəbərin yalan olduğunu söyləyib:
"Bilmirəm, Rəmişdən nə istəyirlər? Axı niyə belə yalan məlumatlar yayırlar. Xəstə bir insanın hissləri ilə niyə oynayırlar?. Mən özüm də hər gün bu xəbərləri oxuyanda dərin sarsıntı keçirirəm. Yaşlı bir insanla belə hərəkət etmək olmaz, nədir düşmənçilikləri, onu anlaya bilmirəm”.
O bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir:
"Rəmiş hazırda yataq şəraitində müalicələrini davam etdirir. Onun müalicəsi ilə professor Nuru Bayramov məşğul olur. Nə lazımdırsa edir, mən özüm evdə məşğul oluram. Yəni, hələ ki xəstəxanaya yerləşdirilməyib”.
Qeyd edək ki, Xalq artistində hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 28-01-2021, 11:26