mobil versiya

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

Bu barədə Əminə Ərdoğan tviter hesabında paylaşım edib.
“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, - deyə paylaşımda qeyd olunub.
KARUSEL / SİYASƏT
Tarix: 7-02-2023, 09:07