mobil versiya

İki ölkə nazirləri arasında videoformatda görüş olub



Moldova Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Aleksey Buzu və Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev arasında videoformatda görüş keçirilib.
Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun da qatıldığı videokonfransda hər iki nazir iki ölkə arasında əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Nazir A.Buzu Moldova Respublikasının müvafiq nazirliklər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Nazir Babayev, həmçinin A.Buzunu yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycan və Moldova Respublikasının dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini qeyd edib. 
Görüş zamanı iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın və təcrübə mübadiləsinin aspektləri müzakirə edilib.
 
KARUSEL / SİYASƏT
Tarix: 9-03-2023, 13:43