mobil versiya

Afrikanın ən böyük zavodu bu ölkədədir



Mərakeş avtomobil sənayesini sənaye inkişafının mərkəzi sektoru kimi yüksəltmək üçün bir sıra inteqrasiya olunmuş sənaye strategiyaları hazırlayıb. 
Bunu Kasablanka şəhərindəki Somaca maşınqayırma zavodunun rəsmimis xarici mediaya açıqlamasında deyib.
Bildirib ki, Avtomobil sənayesi hazırda Mərakeşin böyümə strategiyasının mərkəzində dayanır, iqtisadi stimullaşdırma, ixrac gəlirlərinin əldə edilməsi, ticarət kəsirinin azaldılması, yeni tərəfdaşlıqların qurulması və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Sektor 250-dən çox avtomobil hissələri tədarükçüsünü və iki böyük istehsalçı – Renault (Reno)Stellantis şirkətlərini əhatə etməklə Mərakeşin regional liderlik mövqeyini möhkəmləndirir.
1959-cu ildə qurulan Somaca, hazırda Fransanın Renault (Reno) şirkətinə məxsus olan Mərakeş avtomobil istehsalçısıdır. Fabrik 90.000 m2 qapalı sahəyə malikdir, 1200 işçisi var. 2009-cu ildən Somaca həmçinin, Sandero istehsal edir, ildə 440 min maşın istehsal olunur. Maşının əsas hissələri Tanjirdə hazırlanır. Burda isrehsal olunan maşınlar satış üçün Avropa bazarlarına çıxarılır. Ölkə 2023-cü ilə qədər avtomobil satışına görə, Şimali Afrika və Afrikada birinci, ərəb ölkələri arasında isə üçüncü yerdədir. Mərakeş 700,000 avtomobil istehsal gücü ilə özünün ixracatçı mövqeyini möhkəmləndirib və 2025-ci ilə qədər ildə bir milyon avtomobil istehsal etməyi hədəfləyir. Krallıq həmçinin, bir çox qlobal avtomobil şirkətlərindən əhəmiyyətli birbaşa xarici investisiyalar cəlb edir. Amerika şirkəti olan Lear Mərakeşdə 11 istehsal müəssisəsini idarə edir, Çinin CITIC Dicastal şirkətlər qrupu zavoda 400 milyon dollar sərmayə qoyub. Sumitomo (Yapon) 2028-ci ilə qədər doqquz əlavə fabrik tikməyi planlaşdırır.

Renault (Reno) şirkətinin Mərakeşdə iki zavodu var, bunlardan biri Tanjerdə ildə 287.000 avtomobil istehsal edir və Afrikanın ən böyük zavodu hesab olunur. Hazırda ölkə ildə 40,000 elektrik avtomobili istehsal etmək qabiliyyətinə malikdir və 2025-ci ilə qədər bu rəqəmi 100.000-ə çatdırmağı hədəfləyir. Mərakeşdə elektrik avtomobillərinin satışının 2028-ci ildə 2,674-ə qədər artacağı gözlənilir. 





MARAQLI / KARUSEL
Tarix: 18-07-2024, 12:03