Qax rayonunda Kürmükçaydan sel keçir
Çaylarda faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, iyulun 26-sı saat 14:00-a olan məlumatına əsasən Qax rayonuna yağan leysan xarakterli yağıntılar nəticəsində hazırda rayon ərazisindən axan Kürmükçaydan sel keçir.
Selqabağı ərazidə yaşayan vətəndaşların mümkün qədər çay sahilindən uzaq və təhlükəsiz yerlərdə durması, sel hadisəsi zamanı yaxınlıqda dayanıb prosesi izləməməsi və dərhal təhlükəli ərazini tərk etməsi tövsiyə olunub.
KARUSEL / ÖLKƏ
Tarix: 26-07-2024, 14:45