Dünyanın 7-ci ən böyük məscidi haqda nə bilirik?

Dünyanın 7-ci ən böyük məscidi Mərakeş Krallığının Kasablanka şəhərində tikilib.
Dünyanın ən böyük məscidlərindən biri, qismən dəniz üzərində tikilmiş, minarəsi 210 m olan memarlıq emblemi sayılan II Həsən məscidi dünyanın 7-ci ən böyük məscididir. Turizm məkanı kimi məşhur olan məscidə giriş yerlilərə 60, əcnəbilər üçün 200 MAD, qonaqlara pulsuzdur. Kral, rəsmilər, digər ziyarətçilər içəri fərqli qapılardan daxil olur. Tam ortadakı 2 kiçik hovuz dini bayramlarda su ilə doldurulur.
Keçmiş kral II Həsən Kasablankada məqbərə tikdirmək istəsə də, sonradan bu fikrindən daşınaraq köhnə paytaxt şəhərdə öz adına məscid tikdirmək qərarını verib. 7 ilə tikilən məscid (1986-1993) xalqın ianələri hesabına - 600 milyon avroya başa gəlib. Bu gün belə məscidin tikintisi 7 milyard avro tələb edir.


Məscidin aşağı mərtəbəsində 41 fəvvarəli 3 dəstəmaz otağı yerləşir. Hovuz daşların materialı müxtəlif daş və qum qarışığından hazırlanıb, nəmişlik çəkmir. Bunun sayəsində Fəs misi olan çılçılaqlar belə rəngini dəyişməyib, paslanmayıb. Fransız memar Mişel Pensedən başqa hamısı mərakeşli olmaqla 10 min əl işi sənətkarı, 78 arxitektor, 2500 fəhlə 24 saat növbəylə çalışıb.

MARAQLI / KARUSEL
Tarix: 19-07-2024, 18:02