Aşura günündə qanvermə aksiyaları bu ünvanlarda keçiriləcək- SİYAHI
Bu il Məhərrəm ayının Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, qanvermə aksiyası Bakı şəhəri üzrə 8, regionlar üzrə isə 12 ünvanda təşkil ediləcək:
Bakı üzrə:
1. Yasamal rayonu – “Təzə Pir” məscidi;
2. Nəsimi rayonu – “Əjdərbəy” məscidi;
3. Səbail rayonu – “Bibiheybət” məscid ziyarətgahı;
4. Xəzər rayonu – “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi;
5. Nizami rayonu – “Sahib-Əz-Zaman” məscidi;
6. Nizami rayonu – Keşlə qəsəbəsi “Şah Abbas” məscidi;
7. Suraxanı rayonu – “Qaraçuxur” məscidi;
8. Binəqədi rayonu – “İmam Əli” məscidi.
Regionlar üzrə:
1. Gəncə şəhər “İmamzadə” məscid ziyarətgah kompleksi;
2. Sumqayıt şəhər “Cümə” məscidi;
3. Lənkəran şəhər “Böyük Bazar” məscidi;
4. Masallı şəhər “Cümə” məscidi;
5. Mingəçevir şəhər “Heydər” məscidi;
6. Şəki şəhər “İmam Əli” məscidi;
7. Şirvan şəhər məscidi;
8. Bərdə şəhər “İmamzadə” ziyarətgah məscidi;
9. Quba şəhər “Ərdəbil” məscidi;
10. Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi;
11. Xaçmaz şəhər məscidi;
12. Salyan şəhər Mərkəzi “Hacı Tağı” məscidi.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-07-2024, 15:09