mobil versiya

3 məsciddə imam vəzifəsi boşdur



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Müsahibədə iştirak etmək istəyən namizədlər dekabrın 13-dən gələn ilin yanvar ayının 13-ü saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri qurumun internet saytında yerləşdiriləcək.

Tələb olunan sənədlər aşağıdakılardır:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Vakant yerlər aşağıdakı məscidlərdədir:

1. Ağcabədi şəhəri "Cümə" məscidi - İmam

2. Astara rayonu, Kijəbə qəsəbəsi "Lovayın" məscidi - İmam müavini

3. Lənkəran rayonu, Separadi kənd məscidi - İmam müavini

4. Tovuz şəhər məscidi - İmam

5. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - İmam

6. Qax şəhər məscidi - İmam

7. Bakı şəhəri, Yasamal rayonu "Təzəpir" məscidi - Qadın dini ayinlərin icraçısı
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-12-2023, 18:03