mobil versiya

DİM imtahanlarda buraxılış rejimini aparacaq 370-dək namizəd üçün təlim keçirəcək


Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 20-dən etibarən imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibələrə Mərkəzin saytında elektron qeydiyyatdan keçmiş 369 namizəd dəvət olunacaq. DİM-in məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr Mərkəzin inzibati binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 299) və regional bölmələrində təşkil olunacaq.
Müsahibə günü, saatı və ünvanı namizədə elektron anketdə daxil etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.
Namizədlər müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi və surəti;
2. Buraxılış rejimini aparan əməkdaşın anketi (DİM-in saytında elektron anketi təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
3. İş yerindən arayış (iş yeri olduğu halda);
4. Bank rekvizitləri (rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);
5. Təhsil haqqında sənədin əsli və surəti;
6. Məhkumluğun olmamasına dair arayış;
7. COVID-19 vaksin pasportu və ya immunitet sertifikatı.
Qeyd: Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq, məlumatlarda hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb ediləcək. Müsahibə və təlimlər ödənişsizdir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-12-2022, 18:43