Afrikanın ikinci ən hündür binası
Mərakeşin Sale şəhərindəki VI Məhəmməd Qülləsi (Mohammed VI Tower) Afrikanın ikinci ən hündür binası sayılır.
Saledə hündürlüyü ilə Rabatın hər yerindən görünən 55 mərtəbəli, 250 metrlik VI Məhəmməd Qülləsi (Mohammed VI Tower) Afrikanın ikinci ən hündür binası sayılır. Layihəsi mərakeşli iş adamı Othman Benjelloun tərəfindən hazırlanan binanın büdcəsi 3,5 milyard MAD –dır (Mərakeş Dirhəmi). Bu möhtəşəm binaya lüks otel, ofislər, yüksək səviyyəli mənzillər, rəsədxana da daxildir.
2014-cü ildə Othman Benjelloun BMCE (BMCE Bank of Africa və ya Banque Marocaine du Commerce Extérieur Mərakeş kommersiya bankı) qülləsinin modelini təqdim edəndə deyib: “Raketlə təmsil olunmasını istədiyim bir qüllə: Bu raket BMCE qrupunun minlərlə rəhbərliyi və işçisini kosmosa aparacaq. Bu raket də bu layihədə təmsil olunan buraxılış meydançasından qalxmağa hazır olacaq”.
Əvvəlcə Casablanca Finance City3 üçün planlaşdırılan bankın ilk qərargahının ilkin olaraq 135 metr hündürlüyündə olması və 2016-cı ildə tamamlanması planlaşdırılırdı. Othman Benjelloun daha sonra layihəni 190 metr yüksəkliyə çıxarmağa qərar verib. 2016-cı ilin mart ayında, bütün gözləntilərin əksinə, kosmik qüllə 10 əlavə mərtəbə əlavə edildi və Sale şəhərində tikilməsi elan edildi.
Adı dəyişdirilərək Tour Mohamed VI adlandırdı.
VI Məhəmməd Qülləsində hər mənzilin 1 kv metri 14 min avro təşkil edir...
MARAQLI / KARUSEL
Tarix: 24-07-2024, 12:07