mobil versiya

Geomaqnit qasırğa ehtimalı var



Geomaqnit sahəsinin 21 iyulda baş vermiş plazma atılması 24 iyulda Yerə çatarsa, G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumata görə, Günəş küləyinin 24 iyuladək nominal qiymətlərdə olacağı, sonra isə 21 iyulda baş vermiş plazma atılmasının təsiri ilə sürətinin artması ehtimalı var.
Qeyd edilib ki, hesabat dövrü ərzində Günəş fəallığı nisbətən artaraq həftə boyunca M sinif alışmalar qeydə alınıb.
Maksimal sinifli alışma 3738 regionunda qeydə alınan X1.9 sinifli alışma olub. Günəşin səthində ləkələrin sayı qismən azalaraq 13 ləkə qrupunda 200 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TAC) qeydə alınıb.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit - səviyyələrdə olub. Geomaqnit qasırğası baş verməyib. Hazırda Kp indeksi 1.5-yə bərabərdir və kosmik hava sakitdir.


MARAQLI / KARUSEL
Tarix: 23-07-2024, 10:33