mobil versiya

LANDAU Lionsun FIBA Europe Cup qarşılaşmasını yalnız WORLD TURK ekranlarından izləmək mümkün olacaq




Azərbaycan basketbolunu Avropa arenasında təmsil edən LANDAU Lions FIBA Europe Cup-ın G qrupunda mübarizəsini davam etdirir. Azərbaycan klubunun Avropa kuboku çərçivəsində keçirəcəyi qarşılaşmalardan biri özəl olaraq WORLD TURK kanalında yayımlanacaq.

G qrupunda mühüm oyunlara çıxacaq LANDAU Lions Avropa arenasında uğurlu nəticə qazanaraq növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparır. Azərbaycan təmsilçisinin oyunlarına ölkə basketbol ictimaiyyətində də böyük maraq göstərilir.

LANDAU Lionsun qarşılaşmasının WORLD TURK kanalında yayımlanması azarkeşlərə Azərbaycan klubunun Avropa kubokundakı mübarizəsini canlı izləmək imkanı yaradacaq.

Beləliklə, Azərbaycan basketbolunun Avropadakı təmsilçisinin növbəti sınağı basketbolsevərlərin diqqətində olacaq. LANDAU Lionsun FIBA Europe Cup qarşılaşmasını yalnız WORLD TURK ekranlarından izləmək mümkün olacaq.


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 19:26