Azərbaycan millisinin Avropa çempionatındakı oyun cədvəli açıqlanıb

Kişi baskebolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatındakı oyun cədvəli müəyyənləşib.
Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Millinin oyunlarının təqvimi:
2025-ci il
27 noyabr
Makedoniya – Azərbaycan
30 noyabr
Azərbaycan – Lüksemburq
2026-cı il
27 fevral
İrlandiya – Azərbaycan
2 mart
Azərbaycan – Makedoniya
2 iyul
Lüksemburq – Azərbaycan
5 iyul
Azərbaycan – İrlandiya
Qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksəlir.
Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri hesablanmayacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:11