mobil versiya

"Ariana Afghan Airlines" Pakistan şirkətinin bilet satışı və əməliyyat sistemləri üzərindəki 15 illik nəzarətinə son qoyub






"Ariana Afghan Airlines" bəyan edib ki, Pakistanın "Zapways" şirkətinin aviaşirkətin bilet satışı, əməliyyat sistemləri və veb-saytı üzərində nəzarəti həyata keçirdiyi təxminən 15 illik əməkdaşlığa son qoyulub.

"Ariana"nın mətbuat xidməti bildirib ki, "Zapways" yüksək xidmət haqları tələb etməsinə baxmayaraq, illər ərzində aviaşirkətin bilet satışı və əməliyyat sistemlərini idarə edib. Qurum həmçinin qeyd edib ki, sözügedən sistemlərlə bağlı texniki məlumatlar və verilənlər də Pakistan şirkətinin əlində olub.

Aviaşirkət hazırda Türkiyə şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni bir sistemin tətbiqinə başladığını açıqlayıb; həmin şirkətin müasir və standartlaşdırılmış xidmətlərindən Avropa, Asiya və Afrikada 80-dən çox beynəlxalq aviaşirkət istifadə edir.

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:42