mobil versiya

AZAL: Bilet satışı sentyabra qədər dayandırılıb - ƏLAVƏ OLUNUB




“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. 

REPORTYORI.AZ bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir. 

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. 

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi. 

***

Məsələ ilə bağlı "Report"a açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq. 

SON XƏBƏR / GÜNDƏM
Tarix: 8-06-2020, 15:13