AZAL Çinə uçuşları müvəqqəti dayandırır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi, bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.
Bu barədə REPORTYOR.AZ-a AZAL-dan bildirilib.
Məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir. Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək.
SON XƏBƏR / KARUSEL
Tarix: 27-01-2020, 17:00