mobil versiya

AZAL qış uçuş cədvəlini açıqladı




“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-i tarixindən etibarən qış uçuş cədvəli qüvvəyə mini
REPORtYOR.AZ xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:

- Almatı
- Ankara
- Antalya
- Pekin
- Berlin
- Dubay
- Gəncə
- İstanbul

- Ciddə
- Küveyt
- London
- Milan
- Moskva
- Naxçıvan
- Nyu-York
- Paris
- Sankt-Peterburq
- Tel-Əviv

Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 28-10-2019, 13:42