mobil versiya

Bu gündən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların maaşları artırılıb


Bu gündən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb. APA-nın xəbərinə görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərarlarında etdiyi müvafiq dəyişiklik bu gündən qüvvəyə minib. 
Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə müəyyən olunub:
 
Əməyin ödənilməsi dərəcələriAylıq tarif (vəzifə) maaşı
(manatla)
1250
2260
3271
4282
5294
6306
7319
8332
9346
10360
11375
12390
13406
14423
15440
16457
17529
18666
19906
Qeyd edək ki, indiyə qədər dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə olub:
 
Əməyin ödənilməsi dərəcələriAylıq tarif (vəzifə) maaşı
(manatla)
1180
2187
3195
4203
5211
6219
7228
8237
9246
10256
11266
12277
13288
14300
15324
16363
17435
18587
19881

KARUSEL / SOSİAL / İQTİSADİYYAT / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 1-09-2019, 15:53