mobil versiya

Azərbaycanda bankomatların sayı artıb


Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının ATM-lərinin sayı son bir ildə 112 ədəd və ya 4,5% artaraq 2 582-ə çatıb. “APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, iyulun 31-nə ölkədəki bankların filiallarının sayı 3 vahid artaraq 514-ə çatıb, şöbələrinin sayı isə 15 vahid azalaraq 128-ə enib.
İyulun sonuna kommersiya banklarında çalışan işçilərin sayı son bir ildə 1 559 nəfər və ya 9,2% artaraq 18 434-ə çatıb.

/APA-Economics/





İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 30-08-2019, 19:00