Azərbaycanda doğulan uşaqların sayı azalıb

Maraqlıdır ki, 2011-ci ildə doğulan uşaqların sayının çox olmasına baxmayaraq, ailədə doğulan 3 və 4-cü uşaqların sayı son dövrlərlə müqayisədə elə də çox olmayıb.
Ümumilikdə son illər ərzində ailədə 3 və 4-cü uşaqların doğulması hallarının azalması tendensiyası müşahidə edilir.
Lakin buna baxmayaraq, son bir neçə il ərzində ailədə doğulan 3 və 4-cü uşaqların sayı ümumilikdə doğulan uşaqların sayının daha çox qeydə alındığı 2011-ci ildəkindən çox olub.
2011-ci ildə 19542 uşaq ailədə 3-cü, 3130 uşaq 4-cü uşaq kimi dünyaya gəlib. Doğulan uşaqların sayının daha az qeydə alındığı 2015-ci ildə 25195 uşaq ailədə 3-cü, 4404 uşaq 4-cü, 2016-cı ildə 23498 uşaq 3-cü, 4346 uşaq 4-cü, 2017-ci ildə 21563 uşaq 3-cü, 4053 uşaq 4-cü, 2018-ci ildə 21169 uşaq 3-cü, 3904 uşaq 4-cü övlad kimi dünyaya göz açıb.
Son illər ərzində ailədə 5-ci və daha sonrakı uşağın doğulması halları da azalıb.
2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi dünyaya göz açdığı halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə enib.
/Trend/
SOSİAL / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 30-08-2019, 07:00