mobil versiya

Deputatdan uşaqpulu ilə bağlı - Şad xəbər


Pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı biz parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Pensiyalar, aylıq müavinətlərin artırılması və uşaqpulunun bərpası haqqında müzakirələr aparıldığını açıqlayan deputat əlavə edib ki, o, parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunub.
“Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb” – deyə deputat əlavə edib.
S.Novruzov həmçinin sosial şəbəkə istifadəçilərinə müraciət edərək istifadəçiləri bu kimi məsələlərdə diqqətli olmağa çağırıb:
“Bir daha qeyd etmək istiyirəm ki, mən siyasi fəaliyyətim dövründə həmişə xalqın və seçicilərimin yanında olmuşam. Onların maraqlarını təmin edən çıxışlar etmişəm. Mən yenə də bu fikirdəyəm ki, Feysbuk səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. İstənilən konstruktiv fikir mübadilərinə və tənqidlərə həmişə hazıram. Sizdən xahişim odur ki, xoş niyyət və fikirləriniz üçün daima açıq olan bu platformanı söyüş meydanına çevirməyək”.

Müəllif: Teleqraf.com

SOSİAL / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 29-08-2019, 09:52