mobil versiya

AZAL “Ethiopian Airlines” ilə tərəfdaşlıq anlaşması imzalayıb




AZAL “Ethiopian Airlines” ilə əməkdaşlıq çərçivəsində sərnişinləri üçün beynəlxalq səyahət imkanlarını genişləndirir.

Reportyor.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumatda bildirilir ki, iki aviaşirkət arasında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, sərnişinlər artıq əlavə marşrutlara və daha rahat transferlərə çıxış əldə edirlər. Həmçinin bu əməkdaşlıq çərçivəsində baqajın bir dəfə qeydiyyata alınması xidməti təqdim edilir və hər iki aviaşirkətin uçuşları üçün vahid biletin rəsmiləşdirilməsi imkanı yaradılır.
Sərnişinlər artıq Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası ölkələrində, eləcə də Hindistan yarımadasındakı hava limanları vasitəsilə rahat transferlərdən yararlana bilərlər ki, bu da beynəlxalq səyahətlərin təşkilini sadələşdirir.
Afrikanın ən böyük aviaşirkəti olan “Ethiopian Airlines” bu əməkdaşlıqda mühüm rol oynayır. Aviaşirkətin geniş marşrut şəbəkəsi Afrika qitəsi boyunca COP29-a üzv olan ölkələrin əksəriyyətini əhatə edir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-10-2024, 14:59