Koalisiya dəniz qüvvələri Hodeydədəki husi hədəflərinə zərbələr endirərək Qırmızı dənizdə planlaşdırılan hücumların qarşısını alıb

Yəməndə Qanuniliyi Dəstək Koalisiyasının dəniz qüvvələri Yəmənin Hodeydə əyalətində hərbi əməliyyat keçirərək husilərin hərbi hədəflərini məhv edib və Qırmızı dənizin cənubundakı su yollarına planlaşdırılan hücumların qarşısını alıb, koalisiyanın sözçüsü general-mayor Turki Əl-Maliki bildirib.
Əl-Maliki əməliyyatın husilərə məxsus qanuni hərbi hədəfləri, o cümlədən silah saxlama obyektlərini, partlayıcı maddələrlə yüklənmiş qayıqların saxlandığı anbarları və dəniz minalarını məhv etdiyini deyib.
O, əməliyyatın həmçinin husilərin Qırmızı dənizin cənubundakı su yollarına qarşı hücumlar həyata keçirmək planını da pozduğunu bildirib.
Əl-Maliki əməliyyatın koalisiyanın Bab əl-Məndəb boğazında dəniz naviqasiyasını və təhlükəsizliyi qorumaq səylərinin bir hissəsi kimi həyata keçirildiyini bildirib.

Bu arada Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının adından terrorçu Husi milislərinin Krallıqdakı mülki şəxsləri, mülki və iqtisadi obyektləri davamlı olaraq hədəf almasını, həmçinin yer üzünün ən müqəddəs məkanlarına (Məkkə və Mədinə), paytaxt Ər-Riyada və Krallığın digər şəhərlərinə (Abha, Xamis Muşait, Cizan, Nəcran, Taif və Yanbu) qarşı açıq və təkrar hücumlarını, eləcə də Qırmızı dənizin cənubunda və Bab əl-Məndəb boğazında Krallığa məxsus gəmiləri hədəfə almasını qətiyyətlə pisləyir və buna qarşı kəskin etiraz edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:11


























