mobil versiya

"Xankəndindəki “hakimiyyət” təslim olub" - Olesya Vartanyan



Qarabağdakı separatçıların təslim olmasından sonra  regionda yeni reallıq yaranıb.
Bu barədə Beynəlxalq Böhran Qrupunun (ICG) Cənubi Qafqaz üzrə baş analitiki Olesya Vartanyan “Kommersant”a müsahibəsində deyib.
O qeyd edib ki, Xankəndindəki “hakimiyyət” təslim olub: “İndi bütün diqqət iki mövzuya yönələcək: Azərbaycanın üzərlərinə götürdükləri öhdəliklər və Qarabağda humanitar məsələlərin həlli…”-deyə ekspert vurğulayıb.
Vartanyan deyib ki, Azərbaycan yerli sakinləri Qarabağda qala biləcəklərinə inandırsa, o zaman Bakı və İrəvan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya biləcəklər.
Onun sözlərinə görə hazırda həllini gözləyən çoxlu məsələlər var: “Tərksilah prosesi və bölgəyə yeni rəhbərliyin təyinatının necə baş tutacağı bəlli deyil. Hələ ki, biz Bakının öz rəhbərliyini təyin edib-etməyəcəyini bilmirik”.

KARUSEL / GÜNDƏM
Tarix: 22-09-2023, 15:51