mobil versiya

Cüdo üzrə Bakı çempionatı başlayıb



Cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı start götürüb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qadınlar və kişilər arasında yeddi çəkidə 97 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günündə kişilər arasında (60 kiloqram), (73 kiloqram), (90 kiloqram), (+100 kiloqram) qadınlar arasında isə (48 kiloqram), (57 kiloqram) və (70 kiloqram) çəki dərəcələrində qaliblər bəlli olacaq.

KARUSEL / İDMAN
Tarix: 2-11-2023, 10:47