mobil versiya

Cüdoçularımız bürünc medal qazanıb



İyulun 25-də Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları start götürüb.
Yarışın ilk günündə qızlar və oğlanlar arasında 3 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında -50 kiloqram çəkidə Nihad Məmişov və -55 kiloqram çəkidə Ayxan Mirzəzadə, qızlar arasında isə -44 kiloqram çəkidə Məryəm Bayramzadə güclərini sınayıblar.
Yarışda Nihad Məmişov və Ayxan Mirzəzadə bürünc medal əldə ediblər.

KARUSEL / İDMAN
Tarix: 26-07-2023, 11:33